Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

Təkfirçilər və radikallar İslam üçün ən böyük təhlükədir

“Radikallar və təkfirçilərlə mübarizə İslamı qorumaq deməkdir.”

İnterAz-ın "Almayadeen" telekanalına sitinadla verddiyi xəbərə görə, bunu "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah ötən gün Beyrutda çıxışı zamanı deyib.

O, Məhəmməd peyğəmbərin mövludu ilə bağlı çıxışında, digər müsəlmanları kafir hesab edən qruplaşmaların peyğəmbər və onun dini üçün ən böyük təhlükə və təhdid olduğunu bildirib.

“Təkfirçi qruplaşmalarla mübarizə müəyyən bir bölgə və hökumətin müdafiəsi üçün deyil, İslamın müdafiəsi üçündür. Bir sıra qüvvələr istəyir ki, xristian və müsəlman bir-birinin canına düşsün, bu təkfirçilər də onlara kömək edir. Müxtəlif ölkələrdə qətliam törədənlər əslində Peyğəmbərə pislik edir və onu pis tanıtdırır. Bu tarixdə Peyğəmbərə edilmiş ən böyük pislikdir. Təkfirçilər və radikallar İslam üçün ən böyük təhlükədir.”
899 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...