Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

4 bacı-qardaş eyni gün məktəbə gedə bilmirlər, çünki...

Türkiyənin Yüksekova bölgəsində yaşayan 2 bacı, 2 qardaşın 2 cüt ayaqqabısı var. Yüksekovanın Vəzirli kəndində yaşayan uşaqların, ayaqqabı problemi olduğu üçün onlar eyni gün məktəbə gedə bilmirlər. Növbə ilə məktəbə gedən uşaqlar, müəllimlərin nəzərindən qaçmayıb. 1-ci sinif şagirdi Kevsər, 5-ci sinif şagirdi 11 yaşlı Ümit, 7-ci sinif çagirdi 13 yaşlı Nursel və 8-ci sinif şagirdi 14 yaşlı Sevgi eyni gün dərsə getmədikləri üçün məktəb direktoru tərəfindən danlanıb. Məktəb direktoru Aydın Evin, uşaqlardan bunun səbəbini soruşub. Cavab almayan direktor sinif rəhbəri ilə birlikdə uşaqların evlərinə getmək məcburiyyətində qalıb. Direktor Aydın məsələnin nə yerdə olduğunu anlayıb. Uşaqların ayaqqabı probleminə görə sıra ilə dərsə gəldiklərini anlayan Aydın Evin, uşaqlara ayaqqabı və paltar alıb.

8-ci sinif çagirdi Sevgi isə oxumağı çox sevdiyini bildirib. Dərs çalışmaq üçün masanın olmadığını deyən Sevgi, analarının cehiz sandığını masa kimi istifadə etdiklərini deyib: "Çətin vəziyyətdə oxumağa çalışırıq. Məktəbdən qayıtdıqdan sonra çölə çıxmıram. Çünki həmin vaxt ayaqqabımı bacım geyinərək dərsə gedir."

Çobanlıqla məşğul olaraq ailəsini dolandırmağa çalışan Zübeyt isə qazandığı pul ilə sadəcə yemə-içmə xərclərini qarşıladığını söyləyib: "Uşaqlarıma 1 cüt ayaqqabı ala bilməməyimin üzüntüsünü yaşayıram. Onlar heç bir şikayət etmədən məktəbə gedib-gəlirlər. Tək istədiyim şey uşaqlarımın oxuyub yaxşı yerlərə gəlmələridir."/bizimyol/
960 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi