Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

İŞİD-dən qandonduran görüntülər – VİDEO

İŞİD terror qruplaşması Mosulun Sincar rayonunda Peşmərgə mövqelərinə etdiyi hücumların görüntülərini yayıb.
"Aslanların müqaviməti" adlandırılan video görüntüdə Peşmərgə qüvvələrinin mövqeləri İŞİD-ə məxsus pilotsuz təyyarə tərəfindən təsbit edildiyi yer alıb. Daha sonra həmin hədəflərə katyuşa raketləri, minaatanlardan və tanklardan atılan mərmilərlə atəşə tutulur. Həmçinin görüntülərdə peşmərgə mövqeləri suriyalı bir İŞİD-çi tərəfindən bomba yüklü avtomobillə hədəfə alınır. Peşmərgələrin vurulduğunu görən İŞİD-çilərin necə sevindiyi də görüntülərdə yer alıb. Daha sonra Peşmərgə ilə açıq döyüşə girən İŞİD yaraqlıları 4 kürd silahlısını öldürür, 3-ünü isə əsir götürür.

Əsir götürdükləri kürd yaraqlılarına narıncı paltar geyindirən İŞİD terror qruplaşmasının maskalı üzvləri onların başını kəsir. Həmin baş kəsmə zamanı İŞİD-çilərin biri kürd lideri Məsud Bərzaniyə xitabən İŞİD-in mesajını verir:

"Ey Bərzani, biz qan sevən bir millətik, bizə qanların ən gözəli Peşmərgə qanıdır".



1110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı