Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Ziya Məmmədovu qorxuya salan nədir?

Rusiyanın beynəlxalq gömrük tranzit sistemindən imtinası Azərbaycanı çətin duruma salıb

Artıq məlum olduğu kimi, nəqliyyat naziri Ziya Məmmədov Rusiyanın beynəlxalq gömrük tranzit sistemindən imtina etməsini TIR (Transports Internationaux Routiers) Beynəlxalq Konvensiyasının pozulması kimi qiymətləndirib. Rusiya daha əvvəl qüvvədə olan TIR kitabçalarının əvəzinə Gömrük Ittifaqında öz tranzit sisteminin hazırlanması təşəbbüsü ilə çıxış edib. Azərbaycan Nəqliyyat Nazirliyi isə bu məsələyə aydınlıq gətirmək üçün Rusiya Nəqliyyat Nazirliyinə yazılı müraciət də göndərib.

Z.Məmmədov Rusiya tərəfinə beynəlxalq səviyyəli istənilən hüquqi sənədin daxili hüquq aktlarından üstün tutulduğunu xatırladaraq sərhədyanı zonalarda problemlə üzləşməmək üçün yükdaşımalara maksimum şərait yaradılmasını istəyib.

Nəqliyyat nazirinin açıqlamasında narahatçılıqla yanaşı xəbərdarlıq da yer alıb. Yəni əgər Rusiya hər hansı bir problem yaratsa, bunun Azərbaycan tərəfindən qarşılığını görəcək.

Xatırladaq ki, TIR (Transports Internationaux Routiers) Beynəlxalq Konvensiyası beynəlxalq daşınmalarda inzibati formallıqların sadələşdirilməsini və razılaşdırılmasını nəzərdə tutur. Beynəlxalq daşımalarda ixtisaslaşan şirkətlər gömrük sənədlərindən (Sarnet TIR) istifadə edir. Bu sənəd dövlət sərhəddindəki buraxılış məntəqəsini rüsum ödəmədən keçməyə imkan verir.

Rusiyanın bu konvensiyadan imtinası Azərbaycanın yükdaşıma ilə məşğul olan şirkətləri üçün əlavə xərc deməkdir. Bu şirkətlər isə bilavasitə Ziya Məmmədovun nəzarətində olduğundan nazirin narahatçılığı başadüşüləndir.

Qeyd edək ki, beynəlxalq ticarətin güclənməsi fonunda TIR sisteminin qlobal tranzit gömrük sisteminə çevriləcəyi gözlənilir. Bu isə öz Gömrük Ittifaqını yaradan Rusiyanın maraqlarına cavab vermir./azadlıq/
2073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat