Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

Fransanı ayağa qaldıran terrorçudan şok etiraf

Supermarketdə iyirmi nəfərədək insanı girov götürən fransalı terrorçu Amedi Kulibali ölümündən qabaq İŞİD-in üzvü olduğunu etiraf edib.

Terrorçu zərərsizləşdirilməmişdən əvvəl jurnalistlərə önəmli açıqlamalar verib. O, "Charlie Hebdo" redaksiyasına silahlı basqın edərək 12 nəfəri qətlə yetirən Kuaşi qardaşları ilə nəinki tanış olduğunu, hətta öz hərəkətlərini onlarla əlaqələndirdiyini bildirib.

BFM TV əməkdaşları xüsusi xidmət qrupunun əməliyyatına yarım saat qalmış cinayətkarla telefon əlaqəsi yaratmağa müvəffəq olublar. Kulibali reportyorlara açıqlamasında deyib ki, onun Fransadakı fəaliyyətini amerikalı radikal terrorçu Ənvər əl-Əvlaki maliyyələşdirib. Adıçəkilən terrorçu son illərini Yəməndə yaşayıb. ABŞ 2010-cu ildə əl-Əvlakini bir nömrəli terrorçu elan etmişdi, bir ildən sonra isə Əl-Qaidə silahlılarının Yəmən hökuməti ilə qarşıdurmasında həlak olmuşdu.

Amedi Kulibaki Səid və Şərif Kuaşi qardaşları ilə əlaqələri barədə konkret bunları söyləyib: "Onlar "Charlie Hebdo"ya cavabdeh idilər, mən isə polislərə".

Jurnalistlər qeyd edirlər ki, iki dəqiqə davam edən dialoq müddətindən terrorçu çox sakit olub və bu danışığa əvvəlcədən hazırlaşmış kimi bütün suallara cavab verib.

Qaradərili fransız, 32 yaşlı Amedi Kulibaki dünən - 9 yanvarda Parisdə supermarketdə insanları girov götürərək Kuaşi qardaaşlarının azadlığını tələb edib. Əməliyyat zamanı terrorçu öldürüldü. Lakin o, zərərsizləşdirilənə qədər 3 girovu öldürməyə fürsət tapmışdı./ans/
1015 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı