Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

Minaya düşən gizirin ailəsi Müdafiə Nazirliyindən narazıdır

Bu günlərdə Müdafiə Nazirliyi mətbuat xidməti cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində gizir Şamo Məmmədovun yaralanması haqda məlumat yaymışdı.

Xəbərdə deyilirdi ki, Şəkidə anadan olmuş 1979-cu il təvəllüdlü gizir Məmmədova ilkin tibbi yardım göstərilib və o, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib: “Həkimlərin nəzarəti altında olan gizirin vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur”.
Yaralı hərbçinin ailə üzvləri Müdafiə Nazirliyinin yaydığı bu məlumatdan narazıdırlar. Gizirin yaxınları “Azadlıq”a açıqlamada nazirliyin saytında yayılmış sözügedən məlumatı “ictimai rəyi azdırmaq cəhdi” kimi dəyərləndiriblər. Ailə üzvləri bildiriblər ki, Şamo Məmmədov yanvarın 6-da səhər təxminən 11 radələrində yaralanıb. Müdafiə Nazirliyi ona ilkin tibbi yardım göstərildikdən sonra Baş Klinik Hospitala köçürüldüyü haqda xəbər yaysa da, yaralının yaxınları bunu təkzib ediblər. Onların sözlərinə görə, yaralı Sarıcalı hospitalına aparılıb, özü də hadisədən dərhal sonra ilkin tibbi yardım göstərilən kimi yox, bir gün sonra. Onun bir ayağı amputasiya olunub, amma nazirliyin açıqlamasına bu haqda heç nə deyilmir.
“Həkimdən Şamonun vəziyyətini soruşuruq, yaxşı olmadığını bildirirlər. Əgər yaxşı deyilsə, bəs niyə neçə gündür Sarıcalı hospitalında saxlanıldığını soruşsaq da, heç bir cavab ala bilmədik. Şamonun özündən söruşmağa macal tapdıq. O bildirdi ki, Sarıcalıda heç bir şərait yoxdur, hətta hospitalda iki gün yemək də verilməyib. Şamonun mədəsində ağrılar başlayıb”, - deyə yaralının yaxınları bildiriblər.
912 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01