Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

Bakı "konslager"indəki işgəncə və rüşvət mexanizmi ifşa edildi

14 saylı CM-də məhbus ölümündən sonra insident yarandığı barədə məlumat vermişdik. Artıq 3 saylı xüsusi müalicə müəssisəsinə göndərilən məhbusların valideynləri hər gün demək olar ki, "Tubzon" və penitensiar xidmətə müraciət edirlər.

Bu gün də məhbusların ailələri "Tubzon"a gedərək, yaxınlarının vəziyyəti ilə maraqlanıblar. "Tubzon"a göndərilən məhbuslar arasında inanclılar da var. Araz Quliyev və Anar Qasımlı yaxınları "İslamazeri.az"-a məhbusların taleyindən narahat olduqlarını bildiriblər.

Azər Quliyev bildirib ki, neçə gündü gəlib gedirik, nə yaxınlarımızla görüşdürürlər, nə şəkilini göstərirlər, nə telefonla danışmağa şərait yaradırlar. Bilmirik məhbusların həyatı necədi. Diridilər ya ölüdülər. Rəisnən görüşmək istəyirik, görüşümüzə gəlmir. Xəbər göndərir ki, görüş mümkün deyil. Nə isə ediblər ki, bura göndəriliblər. Məhbuslarla əsir kimi davranılır."
749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP