Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

Rəis oğlu alimi döyüb bu kökə saldı FOTO

MEA Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Bakı şəhər Nərimanov rayonu Ağa Nemətulla 49 B, mənzil 12-də kirayədə yaşayan Əpoş Vəliyevi döyənlər hələ ki, tapılmayıb.
 
Şikayət məktubunda gənc alim bildirir ki, onu döyən şəxs Bakı şəhər Baş Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi, polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevin oğludur:
 
“Mən AMEA Gənc Alimlər Şurasının üzvü, AMEA Folklor İnstitutunda elmi işçi, filologiya üzrə fəlsəfə doktoruyam. Hazırda Bakı şəhəri, Nərimanov rayonu Ağa Nemətulla 49B, mənzil 12-də kirayədə yaşayıram.
01 yanvar 2015-ci il tarixdə yaşadığım binanın girişində məni döyüb ağır xəsarətlər yetiriblər. Bədənimin müxtəlif nahiyyələrində çoxsaylı xəsarətlər yaranıb. Mənə xəsarət yetirən şəxs bizdən bir mərtəbə yuxarıda, Nərimanov rayonu, Ağa Nemətulla 49B, mənzil 13-də yaşayır. 102 xidmətinə zəng edərək şikayət etmişəm. Məlum olub ki, mənə xəsarət yetirən şəxs Bakı şəhər Baş Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi, polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevin oğludur. Əlaslan Ağayev şikayət edəcəyim təqdirdə evimə narkotika atdıraraq məni gecə ilə evdən götürüb başıma oyun açaraq, yox etdirəcəyi ilə hədələdi”. 
 
Ə.Vəliyevin söğzlərinə görə, oğlunun törətdiyi cinayəti ört-basdır edən Ə.Ağayev istintaqa müdaxilə edir:
 
“O, istintaqın gedişatına mane olur. Mətbuat bu məsələni işıqlandırsa da, Ə.Ağayev onları hədələyir. Biz artıq neçə gündür ki, qohumların evinə sığınmışıq. Hadisə mənim 9 aylıq hamilə həyat yoldaşımın gözü qarşısında baş verdiyi üçün o, çox güclü qorxu və stress keçirdir. Səhhətində olduqca təhlükəli və ciddi problemlər yaranıb. Mənim və yaxınlarımın həyatı təhlükə altındadır. 102 xidmətinə 4 dəfə, 152 xidmətinə 1 dəfə zəng etməyimə baxmayaraq, hadisədən 9 gün keçsə də hüqüq mühafizə orqanları mənim və ailəmin təhlükəsizliyi üçün heç bir tədbir görməyib”.
 
Tibbi ekspertiza nəticələrinin qəsdən gecikdirildiyini deyən Ə.Vəliyev onun istintaq işi ilə məşğul olan təhqiqatçının da vəzifəsindən uzaqlaşdırıldığını bildirib:
 
“Səhiyyə Nazirliyinin MTE və PAB-in Nərimanov rayon şöbəsi yanvarın 1-dən 5-ə kimi işləməyib. Yanvarın 5-də ekspertizadan keçsəm də, rəy muxtəlif bəhanələrlə gecikdirilir. Mən SN-nin MTE və PAB-in Nərimanov rayon şöbəsinə gedəndə Nərimanov RPİ-nin17-ci polis bölməsinin təhqiqatçısı polis kapitanı Zaur Quliyevin oraya məndən əvvəl gəldiyini görmüşəm. Mənim hadisəmi araşdıran bu şəxs öz vəzifəsindən uzaqlaşdırılıb və Bakı şəhər Baş Polis İdarəsinə təyin edilib. Mənə qarşı edilən bu ədalətsizliyə biganə qalmamağınızı mediadan xahiş edirəm”./axar/
 
 
 
1096 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber