Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Nadir xəstəlik: bu uşaq həmişə acdır

23 aylıq Qizer Bakston nadir xəstəliyə mübtəladır.

Milyonda bir dəfə rastlanan Prader-Villi sindromunun (Prader-Willi syndrome, PWS) daşıyıcısı olan bu uşaqda toxluq hissi yoxdur. Daha doğrusu, o, yeyir, amma doyduğunu anlamır. Qizer fasiləsiz yeyə bilir. Valideynlərinin dediklərinə görə, o, nəzarətdən kənar qalarsa, yeməkdən ölə bilər.

Qizer sürəkli iştaha malik olmaqla yanaşı, onun emosional və fiziki inkişafında ləngimələr, qüsurlar var. Eyni zamanda, Qizerə nəyisə öyrətmək də çətin işdir.

İngiltərənin Staffordşir qraflığındakı Çesterton şəhərində yaşayan ailədə böyüyən Qiber Bakstonun xəstəliyinə, hələ ki, müalicə tapılmayıb.

O, əlinə keçən nə varsa, yeməyə çalışır və heç zaman doymur. "Black Sabbath" qrupunun basisti Qizer Batlerin şərəfinə Qizer adı verilmiş uşaq üç həftəlik olanda onun Prader-Villi sindromu xəstəsi olduğu müəyyənləşib.

Balacanın valideynləri - 39 yaşıl Kreyq Bakston və 43 yaşlı Mişel Sarxetin dediklərinə görə, oğullarının gələcək həyatından narahatdılar.
"O, heç zaman müstəqil yaşaya bilməyəcək. O, nə zaman doyduğunu anlamır. Qizeri qeysəriyyə kəsimi əməliyyatı ilə dünyaya gətirdim. Doğulandan sornra 10 gün reanimasiyada qaldı. Çox çətinlik çəkdik. Əslində, çətinliklər indi də davam edir. Görənlər onu normal uşaq sayırlar, amma Qizer xəstədir. Biz onu çox sevirik və müalicə etmək üçün əlimizdən nə gəlirsə, etməyə hazırıq", - Qizerin anası Mişel söyləyib./Milli.az/
2152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber