Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

Öskürəyi kəsməyin ən sadə təbii üsulu

Qışın soyuğu sağlamlıq problemlərinin yaranmasına, əsas da öskürək şikayətlərinin başlamasına səbəb olur. Havaların soyuduğu bu günlərdə qalın geyinmək və immunitetin gücləndirmək üçün qidalanmaya ciddi fikir vermək lazımdır. Öskürəyi kəsən təbii müalicə üsullarını:

Öskürəyi təbii müalicə üsulları ilə aradan qaldırmaq mümkündür. Mütəxəssislər öskürəyin təbii müalicəsi üçün bunları təklif edirlər.

Öskürəyi kəsmək üçün ən yaxşı təbii müalicə metodunun su içmək olduğunu açıqlayan alimlər suyun sağlamlığımız baxımından bu faydasını da ortaya çıxardıblar. Həyatımızın ən qiymətli qaynağı olan su müxtəlif səbəblərdən öskürək şikayətlərini qısa müddətdə aradan qaldırır. Xüsusilə də uşaqlarda keçməyən öskürək və sətəlcəm kimi xəstəliklərdə suyun əhəmiyyəti daha da artmaqdadır. Davamlı olaraq öskürürsünüzsə, quru öskürək və inadçı öskürək kimi problemləri aradan qaldırmaq üçün bol-bol su için. Mütəxəssislər suyun bitki çaylarından daha da təsirli olduğunu iddia edirlər.

Bol-bol su içmək həm öskürək şikayətini azaldır, həm də öskürərkən qıcıq olan boğazı yumşaldır. Öskürəklə tez-tez qarşılaşanlar otaq istiliyində olan sudan bol miqdarda içməlidir. Suyun ehtiva etdiyi maddələr öskürəyin kəsilməsində çox təsirlidir.

Öskürək müalicəsində bitki mənşəli üsulların inanılmaz böyük faydası olduğunu qeyd etmək lazımdır.

Səhər-səhər acqarına 1 stəkan təzə qaynanmış südə 1 çay qaşığı nehrə yağı qatıb içmək olar.

Əncir qurusunu süddə qaynadıb, gündə 3 stəkan içmək lazımdır.

1 stəkan qaynar suya 1 xörək qaşığı bəhməz (doşab) qatıb hər gün səhər içmək lazımdır.

1 ədəd tumları çıxarılmış limonu qabıqlı şəkildə ət maşınından keçirmək və bal qatıb yemək öskürəyi kəsir.

Qara turpu xırda doğrayaraq üstünə şəkər tozu əlavə edib yavaş odda qızdırın. Qazanın dibində əmələ gələn şirəni gündə 3-4 dəfə 1 xörək qaşığı yeməkdən 15 dəqiqə əvvəl, dördüncü dəfəni isə yatmazdan yarım saat əvvəl içmək lazımdır.

Böyük bir soğanı (böyük soğanın suyu çox olur) xırda doğrayıb, bir qaba tökün. Üstü örtülənə qədər nazik qat şəkər tozu töküb, qapağını örtüb soyuq yerə qoyun. Qabın dibində əmələ gəlmiş soğanın suyunu gündə 1 xörək qaşığı ilə 6 dəfə içmək lazımdır.
981 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı