Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Maduro xüsusi səlahiyyətlər əldə edib

Venesuelanın Milli Məclisi 1 il müddətinə Nikolas Maduroya xüsusi səlahiyyətlərin verilməsi haqda qanun layihəsi qəbul edib. Qanun layihəsinə görə Maduro 1 il müddətində parlamentin təsdiqi olmadan da fərmanlar qəbul edəcək. Milli Məclisin səsverməsində 165 nəfərdən 99-u qanunun qəbul olunmasına səs verib.

Ona xüsusi səlahiyyətlərin verilməsi üçün Maduro oktyabr ayında Milli Məclisə müraciət etmişdi. Bu səlahiyyətlərin köməyi ilə o ölkədə olan korrupsiya ilə mübarizə apara bilər. Prezident özəl biznes sektorunda daha ciddi nəzarət yaratmaq istəyir. Müxalifət liderləri isə düşünürlər ki, Maduro xüsusi səlahiyyətləri ilə müxalifət qüvvələrinə təzyiq göstərəcək. 2013-cü ildə keçirilən prezident seçkilərində Maduroya uduzan müxalifət lideri Enrike Kapriles Milli Məclisin addımlarını “venesuelalılara qarşı fırıldaq” adlandırıb.
1999 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı