Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2015

Maradona kəşfiyyatçılarla görüşdü

Əfsanəvi futbolçusu Dieqo Maradona Kubaya səfəri zamanı bu yaxınlarda ABŞ-da azadlığa buraxılmış beş kubalı kəşfiyyatçı ilə görüşüb.

RİA Novosti bildirir ki, kubalı agentlər Herardo Ernandes, Ramon Labanino, Rene Qonsales, Antonio Gerrero və Fernando Qonsales 1992-ci ildə “ABŞ-a hər hansı bir zərər gətirmədən hazırlanan terror aktları haqqında Kuba hökumətini məlumatlandırmaq” üçün Floridada anti-Kastro təşkilatına daxil olmuşdular. Altı il sonra ABŞ onları casus kimi ifşa edərək 15 ildən ömürlük cəzayadək həbs müddəti kəsir.

“Cubadebate” portalının məlumatına görə, Maradona və məşhur şərhçi Viktor Uqo Morales azadlığa buraxılmış kəşfiyyatçılarla “Telesur” kanalı üçün proqramların yazılması çərçivəsində xeyli söhbət ediblər. Qeyd edilir ki, Maradona “kubalı beşlik” üzvlərinin söhbətləri zamanı öz emosiyalarını gizləyə bilməyib.
881 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı