Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2015

Səudiyyə hökuməti Yəməndə "əl-Qaidə" terrorçularını dəstəkləyir

"Səudiyyə Ərəbistanı Yəmənin neftini və xidmət mərkəzlərini ələ keçirmək üçün "əl-Qaidə" terrorçularını dəstəkləyir."

İnterAz-ın "PressTV"-yə istinadən məlumatına görə, bunu Yəmən husilərinin "Ənsarullah" hərəkatının liderlərindən biri deyib.

Hərəkatın liderlərindən olan Əli əl-İmad deyib ki, ər-Riyad Yəmənin Məarib və Hədramut regionlarının xidmət mərkəzlərini və təbii sərvətlərini ələ keçirmək üçün "əl-Qaidə" terrorçularına açıq dəstək verir. Əl-İmad, həmçinin, qeyd edib ki, rəsmi ər-Riyad Bab əl-Məndəb boğazındakı planlarını sual altına apardığı üçün Yəməndəki müsbət dəyişikliklərə mane olmaq istəyir.

Siyasətçinin sözlərinə görə, Səudiyyə hökuməti Yəmən daxilindəki bəzi şəxslərə dəstək verməklə ölkənin daxili işlərinə öz müdaxiləsini artırmaq niyyətindədir. Bunlarında arasında əsasən varlı biznesmen Abdullah Buqşanın adı qeyd olunur.

Bildirək ki, husi şiələrinin "Ənsarullah" hərəkatı Yəmənda sabitlik və təhlükəsizliyi təmin etmək üçün "əl-Qaidə" terror qruplaşmasına qarşı hərbi əməliyyatları davam etdirir.
1002 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:11