Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2015

Qırğızıstanın adı dəyişdirildi

ABŞ-ın New York Times qəzetinin jurnalisti Co Branç həyatı boyu unutmayacağı səhvə yol verib. Məqaləsində etdiyi səhv ucbatından indi Branç məzxərə obyektinə çevrilib. 2000-ci ildə Pamir dağlarında məşhur idmançı Tomi Kolduellanın oğurlanması barədə yazan jurnalist təsadüfən "Qırzbekistan" sözünü işlədib.

Məqalə 2015-ci ilin 7 yanvar tarixində işıq üzü görəndən sonra səhv oxuyucular və digər nəşrlərdən olan həmkarlar tərəfindən üzə çıxır. Buna cavab olaraq "Bu Qırğızıstan idi, mövcud olmayan Qırzbekistan yox"- desə də, internet istifadəçilərinin yeni "yaranan" dövlət adı xoş gəlir.

Yeni yaranmış dövlət adı barədə artıq çoxlu məqalələr həsr edilib. #Kyrzbekistan haştaqında tvitterdə minlərlə tvit atılıb və hətta ingilis dilli @kyrzbekistan akauntu da işıq üzü görüb.

Lakin internet istifadəçiləri bununla da kifayətlənməyib. Artıq Qırzbekistana turist səfərləri təşkil edən sayt da yaradılıb. Ölkəni ziyarətə gedənlər üçün yol xəritələri və "dövlət"in rəsmi saytı belə unudulmayıb.

Bir çox istifadəçilər jurnalist səhvi ucbatından yaranan ölkəyə ziyarət etməyi belə planlaşdırır. Qırğızıstanın özündən isə məsələyə müsbət reaksiya gəlib. Bir çoxları bunun ölkəyə turist axının çoxalmasına və mərkəzi asiya ölkələrinə uzaq qərbin marağın artamsına gətirib çıxaracağına inanır./ans/
1142 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...