Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2015

Göygöldə gənc adamı qətlə yetirdilər

Göygöldə 25-30 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib.

Kəpəz TV bildirir ki, ötən gün axşam saatlarında Göygöl rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Hələlik soyadı məlum olmayan Ülvi adlı şəxs mübahisə zamanı çoxsaylı bıçaq zərbələri alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib. Hələlik gəncin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı məlum deyil. Hazırda polis və prokurorluq əməkdaşları həmin şəxsin müəyən edilib saxlanılması istiqamətində əməliyyat istintaq tədbirləri aparırlar.
823 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber