Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2015

Parisdə girovları bir müsəlman gənc qurtardı - Polis onu qandalladı və...

Parisdə, girov böhranının yaşandığı yəhudi supermarketindəki bir çox adamın marketdə işləyən müsəlman bir gənc tərəfindən qurtarıldığı ortaya çıxıb.

Malili Lassan Bathil adlı gənc artıq Fransanın qəhrəmanına çevrilib.

Marketdə çalışan Lassan Bathil adlı 24 yaşlı gənc, girovgötürmə əməliyyatının başlamasından sonra, marketin zirzəmisinə qaçıb . Özü ilə birlikdə bir qrup müştərinin də aşağı qaçdığını görən Bathil onları market soyuducusunun içinə salıb. BFM televiziyasının yaydığı məlumata görə, malili gənc 15 nəfəri xilas edib.

Bathil, soyuducunun söndürüb içəridəki insanlara sakit olmalarını və orada gözləmələrini deyib. Sonra isə yuxarı qalxıb. Polis onu girov götürənlərdən olduğunu zənn edib. Bathil yuxarı çıxanda yük liftinin qaçmaq üçün uyğun olduğunu görərək, marketdən kənara çıxa bilib. Onu görən polislər Malili gəncin təcavüzkar olduğunu zənn etdi və əllərini havaya qaldırmasını və yerə uzanmasını istəyib.

Onu qandallayan polis, 1 saat yarım saxlayandan sonra, marketə hücum edənlərdən biri olmadığını anlayanda onu sərbəst buraxıb.
971 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...