Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2015

UEFA prezidentinin evini "top atəşi"nə tutdular

Portuqaliyalı azarkeşlər UEFA prezidenti Mişel Platininin evinə futbol topları atıblar. Lent.az-ın məlumatına görə, azarkeşlər bunu Portuqaliya yığmasının və İspaniyanın “Real Madrid” klubunun kapitanı Kriştianu Ronalduya dəstək məqsədi ilə etdiklərini deyiblər. Onlar UEFA başçısının ilin ən yaxşı oyunçusu adına Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunu deyil, Almaniya millisinin qapıçısı Manuel Noyeri layiq hesab etdiyinə görə hiddətlərini bu üsulla ifadə ediblər.

Azarkeşlərin Platininin Paris ətrafında yerləşən evinə Ronaldunun keçən mövsümdə rəqib qapılarına vurduğu qolların sayı qədər - 61 top atdıqları bildirilir.

İlin ən yaxşı oyunçusuna “Qızıl top” mükafatı yanvarın 12-də Sürixdə təqdim olunacaq. Namizədlər arasında Ronaldu və Noyerdən başqa, Argentina yığmasının və İspaniya “Barselona”sının hücumçusu Lionel Messi də var.
1115 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...