Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Səfər Əbiyevə görə daha bir GENERAL “vuruldu“ - Özəl

Müdafiə naziri Zakir Həsənov kadr dəyişikliklərini davam etdirir.

Bu dəfə nazirlikdən uzaqlaşdırılan şəxs Səfər Əbiyevin əsas kadrlarından biri kimi tanınan general Vaqif Məmmədovdur.

AzNews.az-a daxil olan məlumata görə, V. Məmmədov nazirliyin Şəxsi Heyət baş idarəsi tərbiyə işləri idarəsinin rəisi olub.

General-mayor Vaqif Məmmədov hələlik məzuniyyətə göndərilib, ancaq ona məzuniyyətdən qayıtdıqdan sonra vəzifəsi ilə vidalaşacağı barədə xəbərdarlıq edilib.

Məlumatlara görə,orduda qeyri-döyüş itkilərinin artmasında məhz V.Məmmədovun adı hallandırılıb. Zaman-zaman onun fəaliyyəti ilə bağlı ordu zabitlərinin çoxsaylı şikayətləri yayılıb. Belə hadisələrdən biri də Beyləqanda bir qrup zabitin mətbuata video-müraciəti olmuşdu.

Zabitlər hərbi hissədə təmir işlərini öz cibləri hesabına aparmağa məcbur edildiklərini, bu səbəbdən əmək haqqı kartlarını tikinti mağazalarına verdiklərini bildirmişdilər. Həmin müraciətdən sonra V.Məmmədovun tapşırığı ilə aparılan araşdırmada zabitlərin “haqsız” olduğuna qərar verildi.

V.Məmmədovun vəzifəsini itirməsinin səbəbləri arasında onun fəaliyyəti ilə yanaşı, Kənd Təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovla bağlılığı da xüsusi yer tutur. Məlumatlara görə, V.Məmmədov məhz A.Aslanovun himayəsi sayəsində əvvəlcə polkovnik, daha sonra isə general rütbəsinə yüksəlib.

Vaqif Məmmədova general -mayor rütbəsi verilməsinə nail olan Aslan Aslanovun kadrının idarə rəisi olmamışdan əvvəl komendant işlədiyi bildirilir. V.Məmmədov yeni nazirin təyinatından sonra S.Əbiyev və himayədarı A.Aslanovla əlaqələrini inkar etməyə çalışsa da, buna nail olmayıb.
1871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber