Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2015

İndi də Almaniyada qəzet redaksiyasına basqın oldu

Binasına “molotov kokteyli” atılan “Hamburger Morgenpost” “Charlie Hebdo”nun bəzi karikaturalarını dərc edibmiş

Dünya Fransadakı qətliamdan danışdığı bir vaxtda növbəti terror xəbəri Almaniyadan gəldi. Parisdə “Charlie Hebdo” jurnalına təşkil olunan basqının ardınca Almaniyada yayılan “Hamburger Morgenpost” qəzetinin redaksiyasına “molotov kokteyli” atılıb. Hücum qəzetin arxiv bölməsinə olub.

Hücum nəticəsində redaksiyaya ziyan dəyib və ətrafda dəhşətli qorxu yaradıb. Hadisə ilə bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Hazırda bu hücumun “Charlie Hebdo” jurnalında törədilən qətliamla bağlı olub-olmadığı araşdırılır. Məsələ burasındadır ki, “Hambirger Morgenpost” qəzeti “Charlie Hebdo”ya hücumun səhərisi jurnalın bəzi karikaturalarını onunla həmrəylik nümayişi olaraq dərc edib./azadliq/
1070 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber