Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2015

Moskvada 5 azərbaycanlı polislə atışdı

Moskva vilayətinin Lobnya şəhərində üç Azərbaycan vətəndaşı ilə polis arasında silahlı insident qeydə alınıb.

Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Yanvarın 10-da polisə Bukinskoe şossesi, ev 2/1-də yerləşən mağazaya beş maskalı şəxsin basqın etməsi barədə məlumat daxil olub. Məlumatda naməlum şəxslərin bıçaq və ehtimala görə tapança ilə satıcı qadına hədə-qorxu gələrək onun qızıl boyunbağını və içərisində 70 min rubl olan kassa aparatını götürdükləri və "Mitsubişi" markalı avtomobil ilə hadisə yerindən qaçmaq istədikləri bildirilib.

Hadisə yerinə gələn polis əməkdaşları onlara doğru beş maskalı şəxsin qaçdığını görüb. Onlardan biri polisə tapança tuşlayıb. Polis xəbərdarlıq məqsədi ilə havaya iki dəfə atəş açıb. Nəticədə üç Azərbaycan vətəndaşı saxlanılıb.

Hazırda quldurluq maddəsi ilə cinayət işi qaldırılıb. Soyğunçuluqda iştirak edən digər şəxslərin ələ keçirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./report/
998 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber