Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

ABŞ-la rəqabət nə gətirəcək?

Rusiya müdafiə sənayesi lazer silahının yeni nəsli buraxılışının istehsalına başlayacaq.

Bu tip texnologiyaların təkmilləşdirilməsi proqramı sovet dönəminə aiddir və 2009-cu ildə dondurulmuşdu. Lakin hazırda layihə yenidən həyat qazanır və yaxın günlərdə istifadəsinə başlanacaq.

Hakimiyyət qüvvələri bildirirlər ki, Rusiya ordusunun innovativ müdafiə sistemi ilə silahlanması Birləşmiş Ştatların Avropa kontingentində raket əleyhinə müdafiə texnologiyalarını genişləndirməsinə cavabdır.

Silahın texnoloji göstəricilərinə baxılsa bu hələ keçən əsrin 70-ci illərində hazırlanmış yanacağı karbondioksid olan axıcı lazerin tətbiqi deməkdir. Bu əks təsirin tezliyi, yüksək dəqiqliyi (5 qəpiyi belə hədəf alır) ilə seçilən açıq tip silahlara aid edilir.

Lazer üçün hədəf obyektləri raketlər və ya istənilən uçan aparat ola bilər. Özünüz təsəvür edin hər hansı bir uçan obyekti məhv etmək üçün nişancının silahı obyektin üzərində saxlaması kifayətdir. Belə silahlar raketlərdən qorunmaq üçün təyyarələrin də burnuna qoşula bilər.

Qeyd edək ki, SSRİ-nin araşdırmaları rəsmən RF-yə aiddir, lakin bunun üçün nəzərdə tutulan sınaq infrastrukturu və hərbi sınaq ərazisi (poliqon) hazırda Qazaxstanda yerləşir.

Xatırladaq ki, lazer texnologiyası ABŞ arsenalında da mövcuddur./ans/
968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP
<