Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

Yuxarı Qarabağ kanalından cəsəd çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, bu il yanvarın 9-da Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili suya düşüb.

Nazirliyin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb ediliblər. Onlar avtomobildə olan sərnişinin axtarışına başlayıblar. Bu gün 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 6 km aralıda tapılaraq sudan çıxarılıb.
1021 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber