Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

Daha bir qəzetə terror hədəsi

Belçikanın paytaxtı Brüsseldə Fransanın “Şarli Ebdo” jurnalında yayımlanan karikaturaları yenidən yayımlayan “Lö Suar” qəzeti terror hədələri ilə qarşılaşıb.

Naməlum şəxs qəzetin redaksiyasına zəng edərək redaksiyanın yerləşdiyi binada partlayıcı maddə olması barədə xəbərdarlıq edib.

Vəziyyətlə əlaqədar qəzet rəhbərliyi işçilərini təxliyə etmək məcburiyyətində qalıb.

Faktla bağlı istintaq araşdırması başladılıb.

Polis xəbərdarlığın gerçək olub-olmadığını yoxlamağa çalışır./ans/
1048 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31