Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

Ramiz Mehdiyev Ilham Əliyevin müşavirəsinə də qatılmadı

PA rəhbərinin səhhətində ciddi problemlər yaranması barədə xəbərlər təsdiqlənir

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Ilham Əliyevin yanvarın 10-da keçirdiyi müşavirədə də görünmədi. Ramiz Mehdiyev adətən İ. Əliyevin iştirakı ilə keçirilən müşavirələrdə yuxarı başda əyləşir. Lakin bu dəfə PA rəhbəri görünməz oldu.

Xatırladaq ki, Ramiz Mehdiyev dekabrın 12-də mərhum H. Əliyevin anım mərasiminə də qatılmamışdı. O zaman “Azadlıq”ın araşdırmaları nəticəsində məlum olmuşdu ki, Ramiz Mehdiyevin səhhətinə problem yaranıb və o, müalicə üçün Avropa ölkələrindən birinə aparılıb. Bəzi məlumatlarda onun Almaniyada müalicə olunduğu bildirilir. Bu məlumat indiyə qədər Prezident Administrasiyası tərəfindən təkzib olunmayıb. Həmçinin həmin vaxtdan indiyə qədər Ramiz Mehdiyev görünməyib. Yalnız onun 20 yanvarla bağlı tədbirlər planı haqqında sərəncam imzaladağı barədə məlumat yayılıb.

Əldə etdiyimiz məlumatlara görə, Ramiz Mehdiyevin görünməməsi səhhətindəki problemin kifayət qədər ciddi olması ilə bağlıdır. Məlumatlarda iddia olunur ki, PA rəhbəri hələ də Almaniyada müalicə olunur. Lakin bəzi iddialara görə, Ramiz Mehdiyev Azərbaycana qayıdaraq müalicəsini evində davam etdirir.

Məlumatlarda həmçinin qeyd olunur ki, məsələ ilə bağlı PA rəhbərinin komandasında da ciddi narahatlıq var.
2416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP