Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

Azərbaycanda qanlı cinayətlərin sayı sürətlə artır

Azad Isazadə: «Bu da cəmiyyətimizdə aqressiyanın artmasından irəli gəlir»

Yeni ilə qədəm qoyandan ölkədə insan tələfatı ilə nəticələnən cinayətlər daha da artıb. Ailədaxili münaqişələr nəticəsində baş verən qanlı hadisələr, iki qardaşın güllələnməsi, paytaxtın Sahil bağında baş verən qətl, eləcə də burada sadalamadığımız xeyli başqa cinayətlər son beş gündə ölkədəki kriminal olaylardır. Eyni zamanda, intiharların sayına görə də Azərbaycan dünyada öncül yerlərə yaxınlaşır.

Görəsən, ölkədə kriminal şiddətin artmasının səbəbi nədir?

Psixoloq Azad Isazadə deyir ki, son zamanlar cəmiyyətdə aqressiya çoxalıb. Psixoloqun sözlərinə görə, insanların bir-birinə qarşı dözümsüzlüyü, səbrlə ünsiyyət qura bilməməsi, daimi gərgin həyat yaşaması istər-istəməz cəmiyyətdə aqressiyanın çoxalmasına səbəb olub: “Aqressiyanın həddən artıq olması özünəqəsd, sui-qəsd, eləcə də başqalarına qarşı yönəlik digər xoşagəlməz hadisələrə səbəb olur”./azadlıq/
1287 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı