Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

Milyarderin milyonları Lənkəranda havaya sovruldu

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun Lənkəran komandasından qeyri-rəsmi imtinası gözlənilməz olmadı.

İş adamının bu sərt jesti xərclədiyi milyonların havaya sovrulmasına etirazdır. Mənsimovun geridə qalan 10 il ərzində təmkinli davranışı və “Xəzər-Lənkəran”dan Avrokuboklarda nəhayət, nəticə olacağı gözləntisi puça çıxdı.

Bir neçə il əvvəl Mənsimov futbolçuların bərbad oyununu görüb Lənkərandakı stadionu mal-qara üçün örüş sahəsi edəcəyini açıqlamışdı. Ancaq ümid edirdi ki, sərf edilən milyonlar öz bəhrəsini verəcək, komanda “Neftçi”, “Qarabağ”, həmçinin “İnter” kimi Avrokuboklarda mərhələ adlaya biləcək.

Məlumatda deyilir ki, klubu idarə edən Mais Mənsimov-Tuyqun Nadirov cütlüyü “Palmali” rəhbərinin bütün ümidlərini puç edib.

Mirça Rednik, Yunus Hüseynov, Con Toşak, Mustafa Dənizli və ən sonda Oğuz Çətin kimi adlı-sanlı məşqçilər komandanın başına gətirildi, pullar xərcləndi. Lakin böyük maliyyə resursları olan, Qafqazın “Çelsi”si adlanan komanda Mais-Tuyqun duetinin timsalında 10 il geriyə salındı.

“Axı, hamı bilir ki, bu qədər pulun, şəraitin qarşılığında “Xəzər Lənkəran” “Neftçi” və “Qarabağ”dan daha əvvəl Avroliqanın qrupunda oynamalıydı. Elə isə azarkeşlərin günahı nədir ki, onlar klub rəhbərliyinin pərdəarxası oyunlarına görə sevimli komandalarının normal uğurlarını görə bilmirlər? Mais Mənsimov-Tuyqun Nadirov cütlüyü indiyədək baş məşqçilərinə heç bir peşəkar çərçivəyə sığmayan münasibət göstəriblər. Onlar baş məşqçilərə sərbəst işləmək imkanı verməyiblər. Odur ki, komanda 10 ildə xərclənən vəsaitlərin müqabilində ciddi uğur qazanmayıb. Artıq fırtınalar şəhəri adlanan Lənkəranda azarkeşlər əvvəlki qədər stadiona axışmır, oyunlara maraq göstərmir. Bunun günahı nə azarkeş, nə futbolçudadır. Rəhbərliyin idarəçiliyi açıq-aşkar komandanı uçuruma apardı”, - deyə məlumatlı qaynaq iddia edir./axar/
1032 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25