Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

İŞİD-in fəaliyyətinin pərdə arxasında CIA durur

Nur-az.com-un Fars News-a istinadla verdiyi məlumata əsasən, İraqda Sədr hərəkatına bağlı olan əl-Əhrar fraksiyasına mənsub parlament nümayəndəsi Əbdüləziz əz-Zalimi təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) İraqdakı hərəkətlərinin pərdə arxasında ABŞ kəşfiyyat xidməti olan CIA-nın dayandığını bildirib.
Əl-Yəvm əs-samin xəbər portalının yayımladığı bəyanata əsasən, o deyib: İŞİD-in əlində ABŞ-ın modern silahları və strateji planları var. Amerikanın kəşfiyyat xidməti uzun zamandır İŞİD-in İraqdakı fəaliyyətinə nəzarət edir.
O bildirib: İŞİD-i himayə etmək üçün bəzi ölkələrin məxfi addımları var. Amerikalılar öz kəşfiyyat xidmətləri vasitəsilə İŞİD və İraqda olan digər terror qruplaşmalarını kontrol edirlər.
Bu vaxta qədər İraq ordusu və könüllü qüvvələr tərəfindən İraqın müxtəlif bölgələrində mühasirəyə düşmüş təkfirçi qruplaşmalara təyyarələrlə yardımların çatdırılması faktları dəfələrlə qeydə alınıb. Yaxın Şərqdə İraq məsələləri üzrə ekspertlərin əksəriyyəti bu fikirdədirlər ki, Amerika və İŞİD bir cəbhədə yer alırlar.
1075 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP