Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

Cəlilabadda canavarlar sakinlərə əsl kabus yaşatdı

Cəlilabadda canavarlar yerli sakinin tövləsinə soxularaq 15-ə yaxın qoyun-quzunu parçalayıb.

Hadisə ötən gecə rayonun Kazımabad kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Famil Mustafayev səhər saatlarında heyvanlara yem vermək məqsədilə tövləyə girdikdə gördüklərindən dəhşətə gəlib.

Canavarlar tövlənin divarını oyaraq içəri soxulub. Ev sahibi yırtıcıların divara bərkidilmiş taxtalardakı diş izlərindən bu qənaətə gəlib. Tövlədəki 15 xırdabuynuzlu heyvandan 13-ü yerindəcə tələf olub, 2-si isə ölümcül vəziyyətə düşüb.

Heyvanların bir neçəsinin cəsədi yaxınlıqdakı meşə massivində aşkar edilib. Kənd sakinlərinin qənaətinə görə, bu, bir yox, bir neçə canavarın işi ola bilər. Çünki canavarlar Famil Mustafayevin iribuynuzlu heyvanların saxladığı tövlənin də divarlarını eyni üsulla oysa da, içəri soxula bilməyiblər.

Hadisə yerinə gələn Cəlilabad Rayon Baytarlıq İdarəsinin əməkdaşları tövlədə müvafiq dezinfeksiya işləri aparıblar. Tələf olmuş və yaralanmış heyvanların cəsədləri isə xüsusi qaydada zərərsizləşdirilərək basdırılıb./lentaz/
885 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber