Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

Sumqayıt REŞ-də 100 nəfər işdən çıxarıldı

Şəbəkənin rəisi Saleh Məmmədlinin apardığı ixtisarlar narazılıq yaradıb, qurumda isə varlı işçilərin olduğu deyilir

“Azərenerji” ASC-nin “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-də özabaşınalıq hökm sürür. Direktor vəzifələrini icra edən Saleh Məmmədlinin göstərişi ilə ixtisar adı altında idarədə 100 nəfərə yaxın işçilərin əmək müqavilələrinə xitam verilib. Bunu Regional Elektrik Şəbəkəsinin işçisi Valeh Məmmədov məlumat verib.

O bildirib ki, şəbəkənin rəhbəri Saleh Məmmədli işçilərin sayının azaldılması tapşırığının dövlət başçısının göstərişi ilə həyata keçirildiyini iddia edir. «Əmək müqavilələrinə xitam verilməsi prosesində kütləvi qanun pozuntusuna yol verilir. İllərlə bu idarədə işləyən, ali təhsilli İsrailov Fərhad, Həsənov Vasif kimi kadrlar işdən çıxarılır. Orta təhsilli işçilər isə işdə saxlanılıb. Məcburi köçkünlər, şəhid ailələri, tənha analar, ailəsinin yeganə işləyən şəxsləri olan işçilər də işdən çıxarılıb».

Valeh Məmmədovun sözlərinə görə, gənc kadrları işdən çıxarıb, əvəzində ümumi şöbənin rəisi Əliyvr Qasımovu, İstismar idarəsinin mühəndisləri Bəylər Nuriyev, Mürşüd Məmmədov, iqtisadiyyat şöbəsinin rəisi Sədaqəğ Həsənova kimi pensiyaçıların işdə saxlanılması isə nətiyyən başadüşülən deyil. «Bir ailənin 2 üzvü Səmədova Gülyaz əri Elnurla, Əliyev Əhmədəli isə oğlu ilə hələ də qalıb işləyir. Bir neçə adam əlavə sadalamaq olar. Vaxtilə AzərEnerji Prezidentinin əmri ilə rüşvətə görə işdən qovulan şəxslər indi Sumqayıt REŞ MMC-də rəhbər vəzifələri tutub. Faiq Həmzəyev Xırdalan şəbəkəsinin rəisidir, Alim Qəmbərli Bağlar şəbəkəsinin rəis müavinidir. Vasif Nəsibov-Nəzarət şöbəsinin rəisi (yaxın keçmişdə Xaçmaz REŞ MMC-dən qovulandır). ANS televiziyasının qadın jurnalistinə qarşı etikadan kənar davranışlarına görə işdən qovulan Nəbi Seyidəhmədi indi aparıcı mühəndisdir. Rüşvət aldığına görə işdən qovulan Tağıyev Ayaz Sumqayıt şəhər satışında rəis müavini işləyir. Təhsilə, ixtisas baxan yoxdur. İxtisasca həkim olan Ağayev İlqar Sumqayıt şəbəkəsində mühəndis işləyir. Onlarca belə faktlar misal gətirə bilərik».

Sumqayıt REŞ-in əməkdaşı iddia edir ki, bütün kod açmaları 2 şəxs nəzarətə götürüb ki, onlardan biri şəbəkənin mühəndisi İntiqam Əbilov, digəri isə texnik Günel Məmmədlidir. «İstisamar şöbəsinin işçisi İlham Camalov, həm texniki şərt alveri edir, həm də texniki şərt almaq istəyən obyektlərə baxış keçirməklə qaz vurub, qazan doldurur. 250 manat maaş alır, 31000 manatlıq maşın sürür»./jam.az/
850 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:55