Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

Alov Zavodunda aksiya keçirilə bilər

Müəssisənin işçiləri iki aydır əmək haqlarını ala bilmirlər

Alov Zavodunda yenidən narazılıq baş qaldırıb. Narazılığa səbəb fəhlələrin iki aydır əmək haqlarını ala bilməməsidir.

Məlumatda deyilir ki, direktor Kamil Əsgərovun idarəetməsindən ciddi şəkildə şikayət edən işçilər bildirirlər ki, yeni ili maddi sıxıntılarla keçiriblər. Noyabr ayı da daxil olmaqla, artıq iki aydır ki, maaş üzünə həsrətdirlər.

Onlar qeyd edirlər ki, Kamil Əsgərovun başı başqa işlərə qarışdığından işçilər heç yadına da düşmür. Fəhlələrin sözlərinə görə, belə davam edərsə, etiraz aksiyası keçirməkdən başqa çıxış yolları qalmayacaq.

Xatırladaq ki, Alov Zavodu Müdafiə Sənayesi Nazirliyinin balansındadır./jam.az/
894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı