Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

Bakıda növbəti "Quran Gecəsi" keçirilib

Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" baş tutub.

Mərasimdə tanınmış quran qariləri o cümlədən ilahiyyatçı alimlər, ziyalılar, inanclı insanlar iştirak ediblər.

Mərasimdə öncə məscidin axundu ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov çıxış edib. Bildirib ki, artıq üçüncü dəfədir ki, Hacı Cavad məscidində belə bir tədbir keçirilir. Qeyd olunub ki, Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur. Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Quranla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük addımları Quranla atar və gördükləri bütün işləri Quranla yerinə yetirərlər.

Sonra Quran qarilar müxtəlif sürələrdən Quran oxuyublar./SalamNews/
693 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı