Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

Azərbaycanlılar üçün əcəl zəngi

Rusiyada yaşayan azərbaycanlıların böyük köçü bu yaxınlarda reallaşa bilər. Yanvarın 10-da rəsmi Moskvanın qəbul etdiyi qanun yaxın vaxtlarda həmvətənlərimizin bu ölkə ilə birdəfəlik vidalaşması ilə nəticələnə bilər.

Əcnəbi vətəndaşlar Rusiyada qalma qaydasını pozsalar, 10 il bu ölkəyə daxil ola bilməyəcəklər. Qüvvəyə minən Rusiya Federasiyası Miqrasiya Qanunvericiliyində edilən dəyişikliklərə əsasən, Rusiya ərazisində qalmaq üçün təyin olunan 180 gün (6 ay) müddətini pozan xarici vətəndaşın 5 il ölkəyə girişi yasaqlanacaq. İcazə müddətini 280 gündən çox pozan şəxs isə 10 il müddətinə deportasiya olunacaq.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən Rusiyada miqrantların əmək fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanuna edilən dəyişikliklər də qüvvəyə minib. Qanuna görə, xarici vətəndaş Rusiyada işləmək üçün əmək patenti almalıdır. İşləmək məqsədi ilə gələn əcnəbi Rusiya ərazisinə daxil olarkən, ölkəyə gəlişinin məqsədini göstərməlidir. Bundan sonra isə o, 1 ay müddətində əmək patentini əldə edə bilər. O cumlədən xarici vətəndaş rus dili və tarixindən imtahan verməlidir.

Bu qanunun qüvvəyə minməsindən sonra Rusiyaya gələn miqrantların sayında azalma baş verib.

Bildirək ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, ölkənin ağır iqtisadi şərtlər altında yaşaması onsuz da müflis olan azərbaycanlıların bu ölkəni tərk etməsi üçün zəmin yaratmışdı. Yaşamaq və işləmək qaydalarının daha da sərtləşdirilməsi ilə yeni köçün astanasında olduğumuzu deyə bilərik./azadlıq/
817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı