Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2013

İraqda gün ərzində 60-dək insan terror aktlarının qurbanı olub

İraqda oktyabrın 5-də törədilmiş bir neçə terror aktları nəticəsində ölənlərin sayı 60-a çatıb.

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə polisin açıqlamasında bildirilir.

Birinci partlayış Balad şəhərində qeydə alınıb. Terrorçu-kamikadze kafeyə daxil olaraq özünü partladıb, nəticədə 12 nəfər ölüb. Qeyd edək ki, avqustun 12-də bu kafedə törədilmiş parlayış nəticəsində 24 nəfər ölüb.

Bundan başqa, Bağdadda nəzarət-buraxılış məntəqəsində törədilmiş partlayış nəticəsində daha 48 nəfər ölüb.

Daha bir qanlı hadisə Mosul şəhərində baş verib. İraqın “Əş-Şərkiyə” telekanalının çəkiliş qrupunun atəşə tutulması nəticəsində müxbir və operator ölüb.
1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır