Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

İŞİD qızıl pul buraxır - Foto

“İslam dövləti” İraqda öz pul vahidini dövriyyəyə buraxır.

Mosul şəhərini iyun ayından işğal edən radikal qüvvələr küçələrdə öz pulunun şəkillərini təqdim etməyə başlayıb.

Mosulun ali məktəbində, küçə və prospektlərində lövhələrə İŞİD dirhəmləri vurulub. Qızıl, gümüş və misdən hazırlanacaq yeni dirhəmlər “İslam dövləti” nəzarəti altında olan bölgələrdə istifadə olunacaq.

Suriyadakı müharibədən məğlub çıxan terrorçular İraqda yaranmış böhrandan istifadə edərək burada öz qüvvələrini yerləşdirmək üçün əlverişli şərait əldə edib. Əsəd rejimi ilə döyüşlərdə ciddi itki verən və Suriya ordusu qarşısında yenilən İŞİD İraqda gücünü sınayır. Onların pul vahidinin dövriyyəyə buraxılması da baş verənlərin nəticəsi kimi qiymətləndirilir. /axar/

833 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber