Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

“Bəs, Şərqdə baş alıb gedən terroru niyə qınamırlar?”

Çeçenistan Prezidenti Ramzan Kadırov Paris yürüşünə qatılan dövlət rəsmilərini tənqid edib.

Kadırov onları qeyri-səmimilikdə günahlandırıb:

“Dünən Fransanın paytaxtı Paris şəhərində gerçəkləşdirilən Birlik yürüşündə iştirak edən Qərb ölkələrinin liderləri öz məqsədlərində səmimi deyildilər”.

Çeçen lider Qərbi müsəlman qırğınlarına qarşı biganəlikdə qınayıb:

“Biz aparıcı ölkə liderlərinin Fransadakı Birlik yürüşünü dəstəkləyirik. Ancaq onlar hansı terroru pisləyirdilər? Bütün dünyadakı terroru, yoxsa təkcə Fransada baş verənləri? Niyə o prezidentlər, krallar, baş nazirlər heç olmasa bir dəfə də olsun, minlərlə əfqanlının, suriyalının, misirlinin, liviyalının, yəmənlinin və iraqlının ölümünə qarşı öz etirazlarını bildirməyiblər?”

Ramzan Kadırov onu da qeyd edib ki, Rusiya mediası heç vaxt Məhəmməd peyğəmbərin karikaturasını dərc etməz./axar/
860 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı