Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2015

Eboladan ölənlərin sayı 8 371 nəfərə çatdı

Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 8 371-ə çatıb.

ITAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Ümumilikdə bu virusa 21 171 yoluxma halı qeydə alınıb.

Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Sierra-Leone və Qvineyada qeydə alınıb.

Liberiyada 8 278 yoluxma və 3 515 ölüm halı qeydə alınıb. Xəstəliyə ən çox yoluxma halları Sierra Leonedə qeydə alınıb – 10 094 nəfər, ölənlərin sayı isə 3 049 nəfər təşkil edir. Qvineyada 2799 nəfər xəstələnib, 1807 nəfər ölüb.

Qeyd edək ki, əvvəlki hesabatla müqayisədə ölənlərin sayı 82 nəfər, virusa yoluxanların sayı isə 85 nəfər artıb.
798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber