Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2015

Ankarada atışma: ölən var

Türkiyənin paytaxtı Ankarada ölümlə nəticələnən silahlı insident baş verib.

"İHA"nın verdiyi məlumata görə, Çankaya rayonu Beysukent yaşayış massivində 3 nəfər qarət məqsədilə bir evə yaxınlaşıb. Onlardan 2 nəfəri evə girib, biri isə gözətçilik məqsədilə bayırda gözləyib.

Hadisə yerinə gələn polislə gözətçilik edən Metin Ö. Arasında atışma baş verib. Polislə atışma nəticəsində yaralanan Metin Ö. Hadisə yerindən qaçmağa müvəffəq olsa da, polislər evdə olan 2 qarətçini və onlara yardım edən evin qulluqçusunu yaxalayıb. Daha sonra evə yaxın küçələrin birindən yaralanaraq qaçan Metin Ö.nün cəsədi aşkarlanıb.

Metin Ö.nün çox sayda cinayətə görə polis tərəfindən axtarışda olduğu məlum olub.
772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35