Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2015

Mərdan Səmədovun 7 mərasimi keçirildi

Keçən gün AİP-in təşəbbüsü ilə "Mədinə gül" sarayında partiyanın sədri hacı Mövsüm Səmədovun atası Mərdan Səmədovun vəfatı ilə əlaqədar məclis təşkil edildi. Mərasimdə ölkənin tanınmış ruhaniləri, ictimai-siyasi xadimlər, cəmiyyətin inanclı kəsimi iştirak edirdi.

Mərhumun yas mərasimi Qurani-Kərimin tilavəti ilə başladı.

AİP-in sədr əvəzi Elçin Manafov Mövsüm Səmədovun adından gələn qonaqları salamlayaraq məclisdə iştirak etdiklərinə görə onlara öz təşəkkürünü bildirdi.

Mərhum Mərdan Səmədovun vəfatının 7-ci günü ilə əlaqədar Cəlilabad rayonundan gəlmiş ruhani alim İlqar Əliyev başsağlığı verərək bildirdi ki, mərhumu burda iştirak edənlərin hamısı yaxşı tanıyır:

"Ağac meyvəsi ilə tanınar. Mövsüm kimi inanclı, mübariz və cəsarətli bir oğul böyüdüb tərbiyə verən atanın necə bir insan olması haqda geniş danışmağa lüzum yoxdur. Mərdan Səmədov o bölgədə çörəkverən, qonaqpərvər bir insan kimi tanınıb, onun oğlu ilə vidalaşmadan dünyasını dəyişməsi bizim hamımıza ağır təsir bağışladı. Allah ona rəhmət etsin, məkanı cənnət olsun."

Azərbaycanın tanınmış din xadimlərindən biri, Quran hafizi Zülfüqar Mikayılzadə çıxışında mərhumun oğlu Mövsüm Səmədova və digər ailə üzvlərinə başsaglığı verərək, Qurani-Kərimdə Əhqaf surəsinin 15-16-cı ayələrində Allahın valideynlərə hər zaman yaxşılıq, ehsan etmək haqda göstərişlərini təfsir etdi. Valideynə edilən yaxşılıqlar qarşısında Allahın insana bəxş etdiyi nemətlər, günahların bağışlanması haqda məlumat verdi:

"Cənnət müjdəsi verilənlər ilk növbədə, Allah yolunda canlarından keçənlərdir. Peyğəmbərimiz buyurub ki, Allah valideynlərinə hər zaman hörmətlə yanaşan, onların qulluğunda duran insanların günahlarını bağışlar, onlardan öz lütfünü əsirgəməz. Hacı Mövsüm də məhz belə övladlardan olub, Allahın rizasını əldə edib, Allah onun yardımçısı olsun, onun və digər qardaşlarımızın qapısını açsın. Allah hacı Mövsüm Səmədov kimi bir təqvalı övlad yetişdirən atadan rəhmətini əsirgəməsin."

DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu AİP-in həbsdəki sədri Mövsüm Səmədova xitab edərək ata itkisinin ağır olduğunu vurğuladı, başsağlığı diləklərini bildirərək dünya və axirət fəlsəfəsi haqda ibrətamiz fikirlərini məclis iştirakçılarının diqqətinə çatdırdı. Dünyaya pəncərə kimi baxılmasının axirətə inamın əsas səbəbi və axirət nemətlərini əldə etmək üçün hədəf adlandırdı:

“Kim ki, dünyaya bu pəncərədən baxıb axirətini görə bilirsə, demək Allahın rizasına nail olan bəndələrdəndir. Yalnız pəncərənin şüşəsini fərq edən insanlar isə bəsirət gözü bağlı olanlardır. Bu gün dünyadakı ən böyük haqsızlıq Qərb dünyasndan gəlir desək, yanılmarıq. Parisdə milyonluq sülh yürüşünün önündə gedən liderlerin arasında beynəlxalq miqyaslı müharibə canisi, bir nömrəli terrorçu, körpə qatili Natenyahunun addımlaması bu haqsızlığın ən böyük nümunələrindən biridir. Hacı Mövsüm də ölkədə və dünyada baş verən haqsızlıqlar qarşısında səsini ucaltdığına görə bu gün məhbəsdədir. Allah ona nicat qapısı açsın, Rəbbimizdən onun atasına rəhmət, özünə və ailəsinə səbir diləyirəm."

AİP Qadınlar şurasının sədri Növrəstə İbrahimova Allah yolunda mallarından, canlarından keçənlərin ayəsini Mövsüm Səmədova aid edərək, bu qəmli gün münasibətilə ona və ailəsinə başsağlığı verdi. Atasını son mənzilə yola sala bilməyən, ata itkisini məhbəs həyatında yaşayan liderlərinin hər zaman arxasında olduqlarını dedi və atasının ölümünü bütün dindarlar üçün ağır itki kimi dəyərləndirdi.

Cəlilabad rayonundan gəlmiş ruhani alim Əfqan Muradov nəfsin qorunması, islah edilməsinin vacibliyini qeyd etdi, Allahın rəhminin zülm üzərində hər zaman qələbə çaldığını diqqətə çatdırdı.

Ələddin Məmmədli ata haqda söylədiyi roizə ilə hamını təsirləndirdi.

Mərasim Fərəc duasının oxunuşu ilə yekunlaşdı./İslaminsesi/
Кликните, чтобы увеличить изображение 20.JPG
863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37