Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2015

Benzin niyə bahalaşdırıldı?

İldə 65 milyon manat qazanc hökuməti belə bir addım atmağa sövq edib

Xəbər verildiyi kimi, dünən Tarif Şurası bəzi yanacaq məhsullarının qiymətini artırmaqla bağlı qərar verib. Həmin qərara əsasən bu gündən etibarən Yanacaqdoldurma Stansiyalarında 1 litr Aİ-92 markalı benzin 72 qəpiyə (əvvəlki 70 qəpik), dizel yanacağı isə 1 litri 62 qəpiyə (əvvəlki qiyməti 60 qəpik) satılacaq.

Yanacağın qiymətinin qalxacağı ilə bağlı məlumatlar hələ ötən ilin sonlarından gündəmdəydi. Bu barədə xəbərlər də intensiv şəkildə mətbuatda yer almaqdaydı. Lakin rəsmi qurumlar bu deyilənləri rədd edərək, heç bir qiymət artım olmaycağını bəyan edirdilər. Amma gözlənilənlərin tərsi oldu. Və bu hər il bu cür şəkil alıb.

İndi isə günün ən maraqlı sualı budur ki, benzinin qiymətinin 2 qəpik bahalaşması hökumətə nə qədər qazanc gətirəcək…

İlk baxışdan 2 qəpiyin böyük bir rəqəm olmadığı diqqəti çəkir. Lakin gün ərzində ölkədə istifadə olunan benzin və digər yanacaq növlərinin həcminə diqqət yetirdikdə, bu pulların böyük məbləğlər təşkil etdiyi diqqəti çəkir. JAM.AZ-ın ilkin hesablamalarına görə, qiymətin 2 qəpik bahalaşması il ərzində hökumətə 65 milyon manat əlavə qazanc gətirəcək./jam.az/
1096 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı