Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Misirdə polis aksiyaçılara hücum etdi

Təhlükəsizlik qüvvələri aksiyaçılara qarşı göz yaşardıcı qazlardan istifadə edib

Dünya Misirin təhlükəsizlik qüvvələri ilə Məhəmməd Mahmud hadisələrinin 2-ci ildönümü münasibəti ilə Qahirədəki Təhrir Meydanında toplaşan aksiyaçılar arasında qarşıdurma yaranıb.

Ans-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, polis, daxili işlər naziri Məhəmməd İbrahimin əleyhinə şüarlar səsləndirən aksiyaçılara qarşı gözyaşardıcı qazlardan istifadə edib. Bəzi aksiyaçıların qazlardan zəhərləndiyi barədə məlumat yayılıb.

Bu hadisə yetməmiş kimi, iki il öncə baş vermiş hadisələri yad etmək üçün bir araya toplanan aksiyaçılar, Təhrir Meydanına girməyə çalışan çevriliş əleyhdarlarının gedişinə mane olmağa cəhd edib. Çevriliş əleyhdarları da baş verə biləcək qarşıdurmalara girməmək üçün geri çəkilməli olub.

Aksiyaçılar eyni zamanda müdafiə naziri Əbdülfəttah əs-Sisinin şəkillərinin olduğu plakatları açmaq istəyən çevriliş tərəfdarlarını da meydandan çıxardıb.
1800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17