Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2015

"Tubzon"da islamçı məhbuslar yaxınları ilə görüşüb

Bu gün "Tubzon"da islamçı məhbuslar yaxınları ilə görüşüb.

Ailə üzvləri bildirdilər ki, Anar və Arazın durumu olduqca ağır görsənirdi. "Müəssisə rəhbəri nə qədər özlərini tərif etsələr də, biz açıq-aşkar övladlarımızın nə dərəcədə ağır işgəncələrə məruz qaldığını başa düşdük. Görüşdə bizimlə onların arasında bir metr yarım arasında olan stol var idi. Həmçinin, “Tubzon”un 5 əməkdaşı başımızın üstündə dayanıb danışıqlara qulaq asırdılar. Biz yəqin etdik ki, övladlarımız onlara edilən işgəncəni deməsin deyə "nadzor"ları ora yığıblar".

Ailə üzvləri qeyd etdilər ki, Araz Quliyev və Anar Qasımlı arıqlayıb. "Biz bilirik ki, onlara əziyyət edilir, övladlarımızı o qədər döyüblər ki, onlar ağrıdan güclə oturub bizlə danışırdılar. Bir insana qarşı edilən bu işgəncə ancaq bizim ölkədə ola bilər. Çünki, ölkədə "türmə"lərdə olan islamçı məhbuslara olduqca ağır işgəncələr verilir.

Görüşdən sonra bizimlə müəssisə rəisi Nizami Quliyev görüşdü. O, yanında görüşə gələn digər bir məhbusa üzünü tutub "səni necə müalicə edirik?"-deyə soruşdu. Həmin məhkum cavabında:"Olduqca çox gözəl, düzəlmişəm"-dedi.

Sonra N.Quliyev bizimlə söhbətə başladı. O bildirdi ki, sizin övladlarınız olduqca savadlı və təmiz insanlardır. "Onlar biz bilirik ki, orda bəzi "xuliqan"ların sözü ilə o ixtişaşda iştirak ediblər. Baxın indi həmin insanlara görə sizin övladlarınız əziyyət çəkir".

Rəisə cavab olaraq bildirdik ki, axı necə olur bizim övladlarımız sağlam adamdır. Siz niyə bəs sağlamları “Tubzon”a gətirmisiniz?

Müəssisə rəhbəri cavabında qeyd etdi ki, yaxın 10 gün ərzində analizlərinin cavabı gələndən sonra onları olduqları 14-cü müəssisəyə göndərəcəm. Və yaxud da mənə əmir gəlsə ki, hər hansı bir həbsxanaya göndərin, məndə əmrə tabeyəm ondan sonra göndərəcəm./Cenubnews/
755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat