Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2015

Təfəkkür Universitetində tələbə aksiyası

Rektor Müşfiq Atakişiyevin dekanlardan imtahanlarda daha çox pul yığmağı tələb etməsi ortalığı qarışdırıb

Təfəkkür Universitetində daha bir narazılıq baş qaldırıb. Daha doğrusu, bu dəfə dekanlarla rektor arasında imtahan qiymətləri məsələsində qalmaqal baş verib.

Rektor Müşfiq Atakişiyev imtahan sessiyası başlayan ərəfədə bütün dekanlara xəbərdarlıq etdiribmiş ki, əvvəlki illərə nisbətən bu onlardan alınacaq pulun miqdarı artırılacaq. Dekanlar ilkin mərhələdə bu təklifə etiraz etməsələr də, gedişat fonunda məlum olub ki, tələbələr daha artıq pul vermək fikrində deyillər. Yəni, ötən il nə qədər ödəyirdilərsə, bu il də o qədərini vermək fikrindədirlər.

Məlumatda deyilir ki, rektorun tələb etdiyi pulu toplaya bilməyən dekanlar narazılıqlarını ifadə etmək üçün Atakişiyevin yanına gediblər. Və elə mərəkə də orada qopub. Belə ki, rektor dekanlara sözünü dediyini və fikrindən daşınmaq niyyətində olmadığını çatdırıb. Üstəlik, onları tələb etdiyi qədərini gətirməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə hədələyib.

Dekanlarla rektor arasında yaranmış gərginlikdən dolayı tələbələr əziyyət çəkir. Və yaranmış biabırçı vəziyyət səbəbindən tələbələr etirazlarını bildirməyə qərarlıdırlar. Bizə çatan məlumatlara görə, bu həftə içində tələbələr Təfəkkür Universitetinin qarşısında etiraz aksiyası keçirməyi qərarlaşdırıblar./jam.az/
878 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:56