Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2015

Beyləqanda müəllimlər üç aydır maaşlarını ala bilmir

Şikayət məktubu göndərən bir qrup müəllim yazıb ki, əmək haqlarının yarısını sonuncu dəfə 2014-cü ilin oktyabr ayında alıblar.

Onların sözünə görə, yanvarın 8-də Beyləqan Təhsil şöbəsinin müdiri Tofiq Sadıqov iclas keçirib. Təhsil şöbəsinin müdiri iclasda müəllimlərə xəbərdarlıq edib. O, yaxın günlərdə müəllimlərin dərs saatlarının monitorinqi ilə bağlı yoxlama gələcəyini diqqətə çatdırıb.

Məsələ ilə əlaqədar Beyləqan Rayon Təhsil şöbəsi ilə əlaqə saxlamağa çalışdıq. Zənglərimizdən məlum oldu ki, Təhsil şöbəsində doğrudan da “maliyyə krizi” yaşanır. Çünki operatorun verdiyi cavab belədir: “Abunəçinin telefonu heç bir ödəniş aparılmadığı üçün söndürülüb”./axar/
714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq