Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2015

Bulvarda qadın meyiti tapılıb

Bakının Səbail rayonun, Dənizkənarı Milli Parkda Bayraq meydanı yaxınlığında təxminən 40-45 yaşlı qadın meyiti tapılıb.

Qadının əlamətləri, boyu 163 santimetr, arıq bədən quruluşlu, saçlarının rəngi açıq qəhvəyi, gözlərinin rəngi açıq mavidir. Xüsusi əlamətləri, üst çənəsində 8, alt çənəsində 7 ədəd sarı metaldan dişləri var.

Əynində qara rəngli idman şalvarı, qəhvəyi rəngli, üzərində naxışları olan boğazlı yun jaket, altdan qara rəngli köynək, ağ rəngli yun corabları var. Meyitin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığından onun kimliyini müəyyən etmək mümkün olmayıb.

Bu şəxsi tanıyanlardan Səbail Rayon Polis İdarəsi və ya 8-ci polis bölməsinə məlumat vermələri xahiş edilir.

Məlumatı olan şəxslər bu barədə 012-491-02-02 şəhər telefonu və 050-597-89-49, 055-709-99-89 mobil nömrələrinə zəng edərək də xəbər verə bilərlər./ans/
842 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49
Qar yağdı, Bakı-Quba