Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2015

Azərbaycanda “Müsəlman Birliyi Hərəkatı” təsis olundu

Tale Bağırzadənin sədrliyi ilə “Müsəlman Birliyi Hərəkatı” təsis olundu  

"Uca Allahımız Qurani-Kərimdə buyurur: “Hər hansı bir qövm, xalq öz taleyini, müqəddəratını dəyişməyincə Allahda onların müqəddəratını dəyişməz”. Məhz Allahın bu dəyərli tövsiyyəsini rəhbər tutaraq bu gün Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və bu dəyərlər əsasında xalqımızın inkişafı, bir sözlə, xalqımızın əyilmiş qəddi-qamətinin düzəldilməsi uğrunda uca Allahın adı ilə “Müsəlman Birliyi Hərəkatı"nın təsis edilməsinə qərar verdik".

İslamazeri.az xəbər verir ki, bunu ilahiyyatçı Elçin Qasımov Hacı Tale Bağırovun sədrliyi “Müsəlman Birliyi Hərəkatı”nın təsis olunması münasibəti ilə keçirilən tədbirdə deyib. Hərəkatın sədr əvəzi olan E.Qasımov bildirib ki, birliyin yaradılmasında əsas məqsəd ölkə daxilində məzhəbindən asılı olmayaraq, bütün inanclı insanları bir bayraq altında vəhdətə gətirməkdır.

Açılışı dövlət himninin səsləndiriliməsi ilə başlayan tədbirdə ilahiyyatçı Elçin Qasımov çıxış edərək yeni yaradılan hərəkat haqqında məlumat verib. Hərəkatın İslam və Milli Məfkurədə Ümmətçilik devizi altında fəaliyyətə başlamasının birbaşa tarixi kökə bağlı olduğunu vurğulayıb: "Hər bir xalqın özünün tarixi köklərinə, mədəniyyətinə, inancına söykənən milli-mənəvi dəyərləri var. Azərbaycan xalqının yaşatdığı milli adətlərin demək olar ki, böyük əksəriyyətinin Allahın insanlığa göndərdiyi sonuncu kamil din olan İslam ənənələri ilə vəhdət təşkil edir. Millət məfhumu dedikdə, eyni torpaqlarda yaşayan, eyni köklərə malik olan, müştərək tarix, mədəniyyət və adət-ənənələri özündə birləşdirən, əksər hallarda eyni dildə danışan insan cəmiyyəti başa düşülür. Biz İslam və milli məfkurədə ümmətçilik prinsiplərini tarix boyu qoruyub saxlayan, milli və dini dəyərləri yaşadan bir xalqıq. Məfkurə məfhumunu isə hər millətin öz dəyərlərinə sahib olması kimi xarakterizə etmək olar. Azərbaycan xalqının bu dinin müqəddəs dəyərlərini qəbul edərək öz milli dəyərlərinə çevirdiyini və vətənimizdə yaşayan millətləri İslami prinsiplər əsasında vahid ümmət halında birləşdirdiyini deməyimiz vacibdir. Bizim milli adlandırdığımız dəyərlərin bir çoxunun İslamdan qaynaqlandığı , Azərbaycan xalqının İslam və milli məfkurədə formalaşan bir ümmətik. "Müsəlman Birliyi Hərəkatının” yaradılmasında məqsədləri də var. Müsəlman xalqlarına imperialist qüvvələrin təsir etdiyini və nəticədə millətlərin mədəniyyətinə, milli kimliyinə mənfi təsirləri Azərbaycançılıq və İslami dəyərlərin qorunub saxlanılması istiqamətində hərəkat çox böyük rol oynayacaq".
1253 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41