Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2015

Naxçıvanın xilafətdən qalan Ərəbyengicəsi – Foto

Şərur rayonunun Ərəbyengicə kəndində infrastruktur artıq yox olmaq üzrədir.

Kənd sakinlərinin verdiyi məlumata görə, vaxtilə 200-dən artıq şagirdin oxuduğu məktəbdə indi 45 şagird, 23 müəllim qalıb. Dağılmış sinif otaqları neft sobası ilə qızdırılır.

Kəndin icra nümayəndəliyi və məscidi də məktəbindən fərqlənmir. İllər əvvəl kənd camaatının öz hesabına tikilmiş məscidin qapısı isə aylarla açılmır:

“İcra nümayəndəliyi 40-50 il əvvəl tikilmiş bir mağaza binasında yerləşir. Bələdiyyə idarəsinin isə ümumiyyətlə binası yoxdur”.

Kəndin sürətlə boşalmasından şikayətlənən sakinlərin sözlərinə görə, gənclərin çoxu digər bölgələrə və əsasən də paytaxt Bakıya axışır:

“Evlərin 70 faizinin qapısından qıfıl asılıb, yerdə qalan 30 faizin çoxunda isə ancaq yaşlı insanlar yaşayır. Kəndin mərkəzi, mağazası, çayxanası belə yoxdur. Yolları bərbad vəziyyətdədir”.

Kənd sakinləri ümid edir ki, infrastruktur yaradılsa, Ərəbhengicəyə yeni nəfəs gələr, gənc nəsil köçüb getməz və bir kənd qorunub saxlanılar./axar/




769 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...