Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2015

Almaniya rəhbərliyi müsəlmanların aksiyasına qoşulub

Almaniyada müsəlmanlar tərəfindən keçirilən izdihamlı yürüşə Almaniya prezidenti Yoakim Qauk və kansler Angela Merkel də qoşulub.

İnterAz-ın "RT"-yə istinadən məlumatına görə, yürüş Parisdəki terror aktlarına cavab olaraq təşkil edilib.

Təşkilatçılar bu aksiyanın son günlər Almaniyada islamlaşma əleyhinə "Pegida" dərnəyi tərəfindən keçirilən kütləvi yürüşlərə münasib cavab olduğunu da qeyd ediblər.

Ölkədəki müsəlman icmaları və türk qruplar tərəfindən keçirilən yürüşdə tolerantlıq və din azadlığı şüarları səsləndirilib.

Berlinin Brandenurq darvazaları yaxınlığında baş tutan aksiyanın əsas şüarı "Gəlin bir-birimizin üçün orda olaq. Bizim adımızda terror yoxdur!" olub.

Şərhçilər kansler Angela Merkelin yürüşə qoşulmasını "Pegida" dərnəyinə mesaj xarakteri daşıdığını bildirir.

Bildirək ki, aksiya ərəfəsində Qurani-Kərimdən surələr oxunub, xristian, yəhudi və müsəlman din xadimləri çıxış ediblər.
920 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...