Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2015

Avstriya hökuməti İŞİD-dən təhdidlər alır

Avstriya hökuməti Parisdəki terror aktlarından sonra "İslam Dövləti" (İŞİD) terror təşkilatı tərəfindən olan təhlükədən ciddi şəkildə ehtiyatlanır.

TASS-ın verdiyi xəbərə görə, bu barədə yerli Konstitusiyanın Müdafiəsi və Terrorizmlə Mübarizə üzrə Federal İdarədən məlumat verilib.

Məlumata əsasən, Terror təşkilatının liderlərindən ən azı ikisi Avstriyadandır və Fransa hökuməti respublikanın onların şəxsi qisasına çevrilə biləcəyindən ehtiyat edir.

"Bundan əvvəl ekspertlər Avstriyanı terrorçuların mümkün hədəfinə çevrilə biləcək ölkələr sırasına aid etmirdilər.", - qəzet yazır.

Bu yaxınlarda Almaniyanın hüquq-mühafizə orqanları internetdə avstriyalı silahlı Məhəmməd Mahmudun müraciətini aşkarlayıb. O, Avstriyada "dinsizləri doğramağa" çağırıb.

"Hökumət bu təhdidə ciddi yanaşır, belə ki, Mahmud İŞİD ideoloqlarından hesab edilir.", - məqalədə deyilir./SalamNews/
1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...