Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2015

“Məhəmməd Rəsulullah” hərbi təlimi real müharibə təcrübəsi idi”

Bu açıqlama ilə İran Quru Qoşunlarının komandanı general-mayor Əhmədrza Purdəstan çıxış edib. O, Hörmüz boğazında baş tutan “Məhəmməd rəsulullah” hərbi təliminin əsl hədəfi ilə bağlı açıqlama verib:

“Əgər bir xalq özünü müharibəyə hazırlayıb, onun fəsadlarından qorxmazsa, müharibədən qələbə ilə çıxar. Lakin bu hazırlıq elə də asan deyil, yalnız bir çox çətinliklərə dözməklə reallaşa bilər. “Məhəmməd Rəsulullah” hərbi təlimi real müharibə təcrübəsi idi. Təlimin əsas hədəfində düşmənlə rəftarın şiddətini ölçmək və ordumuzun hadisələr qarşısında reaksiyasını dəyərləndirmək dururdu. Buna görə də təlimdə iştirak edən qüvvələrin sayı, atəşlərin effekti və qüvvələrin sürətli yerdəyişməsi bu təlimin bariz özəlliklərindən olub”.

Qeyd edək ki, “Məhəmməd Rəsulullah” hərbi təlimi ötən ilin dekabrın 25-dən 31-dək Hind okeanının şimalından Hörmüz boğazının şərqinə qədər olan ərazidə keçirilib.
937 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:2