Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2015

Azərbaycanda polis daha bir sürücüyə səhv protokol göndərdi

Azərbaycanda daha bir sürücüyə səhv protokol göndərilib

Sürücü Təhmasib Kərimov Avtolent.az-a ünvanladığı şikayətdə Dövlət Yol Polisi tərəfindən ona göndərilən protokolun səhv tərtib edildiyini bildirib. Belə ki, həmin protokolda sürücünün 1899-cu ildə qayda pozduğu qeyd olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Zərdab rayonundan olan başqa bir sürücüyə də belə bir protokol göndərilmişdi.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Avtolent.az-a açıqlamasında bildirib ki, həmin protokollar kompüter tərəfindən tərtib edilib və bu zaman texniki səhvə yol verilib: “Diqqətlə baxsanız görərsiniz ki, həmin protokolun tərtib edilmə tarixi düzgün göstərilib və bu həmin sürücünü məsuliyyətdən azad etmir”.


813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber